Bakı Weather --°C
|

Tramp: İsrailə artıq Livana zərbələr endirməyə icazə verilmir

17.04.2026 18:30 | 12

[center]Tramp: İsrailə artıq Livana zərbələr endirməyə icazə verilmir[/center]
ABŞ Prezidenti Donald Tramp İsrailə artıq Livana zərbələr endirməyə icazə verilmədiyini bəyan edib.

O müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində dərc edib.

"İsrailə artıq Livana zərbələr endirməyə icazə verilmir. ABŞ onlara bunu qadağan edir. Kifayətdir!!", - Tramp yazıb.

O həmçinin qeyd edib ki, Livanla işləməyə davam edəcək və "Hizbullah" hərəkatı ilə bağlı vəziyyətlə məşğul olacaqlar.

İranla sazişə toxunaraq Tramp vurğulayıb: "İranla razılaşma zənginləşdirilmiş uranın ABŞ-a verilməsini nəzərdə tutacaq, bu və ya digər tərəfə pul ödənilməsi nəzərdən keçirilmir".

Daha çox xəbər