Bakı Weather --°C
|

Yəməndə hökumət istefa verib

16.01.2026 09:00 | 4

[center]Yəməndə hökumət istefa verib[/center]

Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi xarici işlər naziri Şaya Möhsün əl-Zindanini yeni baş nazir təyin edib.

Bu barədə 16 yanvar gecəsi Yəmənin SABA xəbər agentliyi məlumat yayıb.

"Doktor Şaya Möhsün əl-Zindani Nazirlər Şurasının sədri təyin edilsin və ona hökumət qurmaq tapşırılsın", - fərmanda bildirilir.

Sənədə əsasən, mövcud kabinet yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.[left][/left]

Daha çox xəbər