Bakı Weather --°C
|

Rusiyanın Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, yaralılar var

23.04.2026 08:50 | 8

[center]Rusiyanın Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, yaralılar var[/center]
Rusiya pilotsuz təyyarələrinin Ukraynanın Dnepr şəhərinə kütləvi hücumu nəticəsində iki nəfər ölüb, daha səkkiz insan yaralanıb.

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja özünün teleqram kanalında məlumat verib.

O qeyd edib ki, yaralananlar arasında azı iki uşaq var.

"Rusiyanın Dnepr şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Bir nəfər hələ də əlaqəyə çıxmayıb", - rəsmi qeyd edib.

Onun sözlərinə görə, gecə ərzində vilayət səmasında Rusiyanın 40 PUA-sı məhv edilib.

Daha çox xəbər