Bakı Weather --°C
|

Ukraynada hərbi vəziyyət rejimi uzadılıb

28.04.2026 14:57 | 11

[center]Ukraynada hərbi vəziyyət rejimi uzadılıb[/center]
Ukrayna Ali Radası (parlamenti) hərbi vəziyyətin qüvvədə olma müddətini 90 gün uzadıb.

Bu barədə "İnterfaks-Ukrayna" xəbər verir.

Ukraynada hərbi vəziyyətin qüvvədə olma müddəti 2026-cı il mayın 4-ü saat 05:30-dan etibarən 90 sutka uzadılır.

Xatırladaq ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin qüvvədə qalma müddətinin uzadılması haqqında qanun layihəsini Ali Radaya təqdim edib.

Daha çox xəbər