Bakı Weather --°C
|

Kiyevdə dağıntılar altından 24 nəfərin meyiti çıxarıldı

15.05.2026 10:59 | 6

[center]Kiyevdə dağıntılar altından 24 nəfərin meyiti çıxarıldı[/center]
Kiyevin Darnitski rayonunda Rusiya ordusunun zərbəsi nəticəsində vurulan yaşayış binasının dağıntıları altından 24 nəfərin meyiti çıxarılıb.

Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı 28 saatdan çox davam edib.

“Hazırda 24 nəfərin öldüyü təsdiqlənib, onlardan 3-ü uşaqdır. Daha 48 nəfər yaralanıb”, — məlumatda qeyd olunub.

Daha çox xəbər