Bakı Weather --°C
|

İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb

29.05.2026 15:14 | 8

[center]İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb[/center]
İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb.

Bu barədə ordunun "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"HƏMAS-ın döyüş qanadının "Qəzza" briqadasının komandirinin müavini və "Zeytun" batalyonunun komandiri İmad Həsən Hüseyn Əslim zərərsizləşdirilib", - məlumatda deyilir.

İsrail tərəfinin məlumatına görə, İ.Əslim oktyabrın 7-də yaraqlıların İsrail ərazisinə basqınlarına rəhbərlik edib və Qəzzada İsrail qüvvələrinə qarşı hücumlar təşkil edib.

Daha çox xəbər