Bakı Weather --°C
|

Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib

09.06.2026 19:27 | 8

[center]Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib[/center]
Niderlandın İrandakı səfirliyi fəaliyyətini bərpa edib.

Bu barədə Niderlandın Bakıdakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, müvəqqəti olaraq Tehrandan Bakıya köçürülmüş səfirlik iyunun 7-də Tehrandakı fəaliyyətini bərpa edib.

Azərbaycana Niderlandın İrandakı səfirliyinə dəstək göstərdiyinə görə minnətdarlıq ifadə edilib.

Qeyd edək ki, bundan əvvəl Niderlandın Tehrandakı səfirliyi ABŞ-İran müharibəsi zamanı təhlükəsizlik səbəbilə İrandan köçürülərək işinə Bakıda davam edib.

Daha çox xəbər