Bakı Weather --°C
|

İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək

08.07.2026 11:52 | 1

[center]İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək[/center]
İsveç Ukraynaya əvvəl elan edilən 16 deyil, ümumilikdə 32 Gripen qırıcısı təqdim edəcək.

Bunu İsveçin Baş naziri Ulf Kristersson NATO sammitində çıxışı zamanı bildirib.

"Biz 16 ədəd Gripen E qırıcısının tədarükünə dair saziş imzalamışıq. Eyni zamanda əvvəlki nəsildən olan daha 16 işlənmiş Gripen qırıcısını Ukraynaya ödənişsiz təqdim edəcəyik", – Kristersson bildirib.

Beləliklə, İsveç Ukraynaya ümumilikdə 32 Gripen qırıcısı ayıracaq. Bunlardan 16-sı yeni nəsil Gripen E təyyarələri, digər 16-sı isə əvvəlki nəsildən olan işlənmiş qırıcılardır.

Daha çox xəbər