Bakı Weather --°C
|

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

13.08.2026 19:08 | 8

[center]Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var[/center]
Türkiyənin paytaxtı Ankarada mikroavtobus yük maşını ilə toqquşub.

Bu barədə "Haber Global" məlumat yayıb.

Hadisə yerinə jandarm, polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.

Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Daha çox xəbər