Bakı Weather --°C
|

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

25.06.2026 09:53 | 7

[center]Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb[/center]
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan dörd nəfərdən sonuncusunun meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkar edilib.

Xatırladaq ki, iyunun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə dörd nəfər batıb.​​​​

Daha çox xəbər