Bakı Weather --°C
|

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

08.08.2026 12:00 | 9

[center]Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb[/center]
Cəlilabadda yanğın baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Dostallı kəndində qeydə alınıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Kənd sakinlərinin verdiyi məlumata görə, yanğın elektrik naqillərinin birləşməsi nəticəsində yaranıb.

Yanğın zamanı iki həyətyanı sahədə quru ot və bir tövlə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər