Bakı Weather --°C
|

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

31.08.2026 10:29 | 1

[center]Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var[/center]
Xaçmaz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"BMW-X6" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq Çinar ağacına çırpılıb.

Qəza nəticəsində avtomobildə olan altı nəfərdən biri - 2002-ci il təvəllüdlü Eltun Elşən oğlu Əskərov ölüb, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər