Bakı Weather --°C
|

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05.09.2026 14:49 | 1

[center]Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb[/center]
Sentyabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 1 qumbara, 6 tüfəng, 4 patron darağı və 70 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Daha çox xəbər