Bakı Weather --°C
|

Qubada iki avtomobil toqquşub, ölən var

07.10.2026 15:40 | 6

[center]Qubada iki avtomobil toqquşub, ölən var[/center]
Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"VAZ-2106" və "Toyota Prado" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir nəfər aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər