Bakı Weather --°C
|

“Qarabağ” Antalyaya getdi - Fotolar

10.01.2026 17:00 | 4
[center]“Qarabağ” Antalyaya getdi - Fotolar[/center]
“Qarabağ” qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.
Komanda bir qədər əvvəl Antalyaya yola düşüb.
Qurban Qurbanovun komandası hazırlığını yanvarın 17-dək Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçirəcək.
Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.
[center]
[/center]

Daha çox xəbər