Bakı Weather --°C
|

Azərbaycan Premyer Liqası: XXIX tura bu gün iki matçla yekun vurulacaq

27.04.2026 09:34 | 12

[center]Azərbaycan Premyer Liqası: XXIX tura bu gün iki matçla yekun vurulacaq[/center]

Misli Premyer Liqasında XXIX tura bu gün yekun vurulacaq.

Sonuncu oyun günündə iki matç keçiriləcək.

İlk olaraq "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.

Qarşılaşma Tovuz şəhər stadionunda, saat 18:00-da start götürəcək. Bölgə təmsilçisi 55 xalla üçüncü, qonaqlar 45 xalla dördüncü pillədə qərarlaşıb.

Tur "Sabah" - "Karvan-Yevlax" qarşılaşması ilə başa çatacaq. Görüş "Bank Respublika Arena"da, saat 20:00-da başlayacaq. "Bayquşlar" 69 xalla çempionatın lideridir. Yevlax klubu 14 xalla sonuncu - 12-ci sıradadır.

Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.

Daha çox xəbər