Adil Kərimlinin Hacıqabulda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
[center]
[/center]
Mədəniyyət naziri Adil Kərimlinin Hacıqabul rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəbul martın 14-ü saat 10:00-da Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların qəbulu nəzərdə tutulur.