TƏBRİK EDİRƏM - 65 - in MÜBARƏK
Dəyərli tələbə yoldaşım ALLAHBAXIŞ ORUCOV, sizi 65- illik yubileyiniz münasibətilə bütün tələbə yoldaşlarımız adından TƏBRİK EDİRƏM !
Çoxlarının yaxşı tanıdığı insan haqqında yazmaq həm asandır, həm də bir o qədər də çətin ! Asandır, ona görə ki, onun bütün həyatı, fəaliyyəti, arzu-istəkləri, yaşam tərzi dəfələrlə müxtəlif rakurslardan dilə gətirilib, səsləndirilib. Çətindir, ona görə ki, sanki hər şey deyilib, yazılıb, sözlər, söhbətlər, xatirələr təkrarlana bilər...
Hörmətli Allahbaxış müəllim, Sizin müəllimliyiniz, təcrübəniz və savadınız bizə lap tələbəlik illərindən yaxşı bəllidir. Sizin bu xüsusi gününüzdə sizə can sağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram.
İndiyə qədərki fəaliyyətinə, yaşamına özünün qiymət verməsini düzgün saymayan, Allahbaxış Orucov bilirəm deyir ki, kənardakıların fikri daha önəmlidir: "Düzünü deyim ki, 65 yaşa necə gəldiyimi bilmirəm. Necə fəaliyyət göstərdiyim, işlədiyim pedaqoji kollektivin gözləri qabağındadır. Artıq nəsə demək istəmirəm. Həyat və fəaliyyətimə kənardan baxanların ən doğru qiymət verməsi daha yaxşı olardı. Amma mən hər zaman öz pedoqoji fəaliyyətimi daha peşəkar formada şagirdlərimə öyrətməyə çalışmışam. Hər zaman cəmiyyət üçün, dövlətimiz üçün xeyrli insanlar yetişdirmək və nə yaxşı əməllər varsa, onların olmasını istəmişəm. Öz sahəmdə də bu yöndə fəaliyyət göstərmişəm. Allahbaxış müəllim deyir ki, görmədiyi işlər daha çoxdur: "Hələ həyata keçirmədiyim işlərin daha çox olduğu düşüncəsindəyəm. Ona görə də yaşamağa dəyər. Yaşayıb, yerdə qalan ideyaları, arzuları həyata keçirmək istəyirəm. İnsan ömrü isə elədir ki, arzular tükənməzdir. Çalışıb mənalı yaşamaq, xeyirli yaşamaq lazımdır. Bir də arzuları bacardıqca həyata keçirmək önəmlidir”.
Dəyərli tələbə yoldaşımız 65 illik yubley yaşınızı bilirik ki uzun illər çalışdığınız Yardımlı rayon Nazim Cəfərov adına Avaş kənd tam orta ümumtəhsil məktəbinin kollektivi təmtəraqlı keçirməyə hazırlaşır. Müdrikliyinizin və təcrübənizin bütün gənclərə nümunə olduğu bu yaşınızda sizə sağlamlıq və xoşbəxtlik arzulayıram.
Əziz Allahbaxış müəllim, 65 yaşınız tamam olması münasibətilə sizi təbrik edirəm. Şagirdlərinizin sevincini görmək, sağlamlıqla təqaüd illərini yaşamaq sizin haqqınızdır. Allah canınızı sağ eləsin!
Dərin hörmət və ehtiramla tələbə yoldaşınız HÜSEYN İSAOĞLU.


