Bakı Weather --°C
|

Azərbaycan musiqiçiləri VIII Tsinandali klassik musiqi festivalında iştirak edirlər

05.09.2026 17:00 | 2

[center]Azərbaycan musiqiçiləri VIII Tsinandali klassik musiqi festivalında iştirak edirlər[/center]
Gürcüstanın Telavi bələdiyyəsinin Tsinandali kəndində Azərbaycan nümayəndələrinin də qatıldığı VIII Tsinandali klassik musiqi festivalı keçirilir.

Sentyabrın 13-dək davam edəcək festival çərçivəsində 23 konsert keçiriləcək.

Festivalın ilk günündə məşhur skripkaçı Lisa Batiaşvili və maestro Gianandrea Nosedanın dirijorluğu ilə Pan-Qafqaz Gənclər Orkestrinin konserti baş tutub. Proqramda Karol Şimanovskinin Birinci skripka konserti və Nikolay Rimski-Korsakovun "Şəhrizad" simfonik süitası səsləndirilib.

Qeyd edək ki, 2019-cu ildə yaradılan Pan-Qafqaz Gənclər Orkestrinə musiqiçilər hər il qonşu ölkələrdən müsabiqə əsasında seçilir. 2026-cı ildə orkestrdə Azərbaycan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Moldova, Türkiyə, Türkmənistan, Ukrayna və Özbəkistandan gənc musiqiçilər təmsil olunur.

Orkestr festival çərçivəsində 4 konsertlə çıxış edəcək. Ümumilikdə builki festivala 300-dən çox musiqiçi qatılıb.

Daha çox xəbər