TƏBRİK EDİRƏM, YENİ YAŞIN, 65- in MÜBARƏK DƏYƏRLİ TƏLƏBƏ YOLDAŞIM MƏHƏMMƏD MÜƏLLİM !

Sizə ən xоş arzularımı bildirirəm. Allah sağlam və bərəkətli ömür versin. Hər zaman ailənlə balalarınla, nəvələrinlə birlikdə olasanş İşində uğurlar arzulayıram. Ürəyin istəyən qədər yaşa, sağlam yaşa !
Özəl günündə sevdiyimiz insanlara gözəl sözlər demək istəyirik. Elə sözlər ki, həmin günü daha da gözəlləşdirsin. Hər zaman deyilənlərdən fərqlənsin, ürəyimizdən keçən duyğulara ayna tutsun.
Dəyərli Məhəmməd müəllim, Sizi 65 yaşınızın tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Yeni yaşınızda Sizə möhkəm can sağlığı, uzun və mənalı ömür arzulayıram.
Həyatın sürətlə getdiyinə üzülmə, daha bir ili geridə qoyursan. Deyirlər, ən yaxşı illər tez keçən illərdir. Gələcəyimizi hər saniyə yaratdığımız bu dövrlərdə hər zaman xoşbəxt və şövqlə dolu olmanızı arzu edirəm. Ad günün mübarək qardaş.
Hər Tanrı bəndəsində fövqəl tərbiyə olmur. O insanın ki, (yaşından asılı olmayaraq) danışanda yanaqları pörtür - yəni, utancaqlıq hissi çöhrəsini al rəngə boyayır, deməli, o, ziyası nur kimi parıltılı, özü fövqəl tərbiyəlidir. Belələri el içində çox vəfalı, etibar və güvənc mənbəyidir... Tələbəlik illərindən tanıdığımız, bugünlərdə 65 illik yubileyi qeyd olunan Məhəmməd Abdullayev də elə bu maneranın, bu əhatənin ideal güclərindəndir. Tələbəlik illətindən başlayan ilk tanışlıqdan bizdə belə təəssürat oyandı ki, o, açıqfikirli, bir növ, tamlığı ilə dərk edilməyən Adəm övladıdır. Bu tanışlıqdan aylar keçdi, yanılmadıq; gördük ki, Məhəmməd müəllim öz ampulasında necə varsa, elə də qalıb.
Məhəmməd müəllim ad gününü təbrik edirəm ! Yaşı demirəm, çünki yaşı Allah verir. Allah verən yaşı dəyərincə yaşayın. İşində və yaradıcılığında uğurlar arzulayıram.
AD GÜNÜN, 65 İLLİK YUBİLEYİNİZ MÜBARƏK !
