Bakı Weather --°C
|

Rahila Abdullayeva: Ziyaretgahlar

12.01.2026 08:40 | 27

Qərbi Azərbaycan Zəngəzur mahalı Qarakilsə (Sisian) rayonu Urud kəndinin ərazisində, Qədim dövrlərdən bizim eramıza qədər gəlib çatmış ziyarətgahlar, ocaqlar, pirlər, kümbəzlər və sonradan tikilmişlər haqqında məlumatları sizinlə bölüşməyi özümə borc bilirəm. Onuda nəzərinizə çatdıdmaq istəyirəm ki, mənfur düşmənlər onları zaman-zaman məhv etmıyə çalışmışlar. İlk öncə SEYİD MİR İSMAYIL AĞANIN OCAĞI haqüında:

1. SEYİD MİR İSMAYIL AĞANIN OCAĞI (biz “Gümbəz”də deyirdik. “Mir İsmayıl ağanın Gümbəzi”)
Zəngəzur mahalı Qarakilsə (Sisian) rayonunda Urud kəndində adı dərin hörmət və ehtiramla çəkilən Seyid Mir İsmayıl ağa həmişə hörmət və ehtiramla yad edilir.
Seyid Mir İsmayıl ağa Mir Qafar oğlu 1910-cu ildə Ordubadın Vələver kəndindən Uruda gəlmiş, kəndin abı-havası, sadə-zəhmətkeş insanları, bağ-baxçası ürəyinə yatdığından köçüb orada yaşamağa qərar vermişdir. O, Mirzə Sadiq adlı bir kişinin muqəddəs ocağına köçür, Ağudi kəndindən olan Müxəstə Albəndə qızı ilə ailə həyatı qurur və ömrünün axırına qədər Urudda yaşayır. Onların 4 övladı, Miriş (Mir Qafar ağa) adlı oğlu, Dürrə, Rübabə və Sidiqə adlı üç qızı olur.
Mir İsmayıl ağa 1956-cı ildə Urudda vəfat edir. Onun məzarının üzərində oğlu Mir Qafar (Miriş) ağa 1957-ci ildə böyük Gümbəz tikdirir.
Gümbəz, haqqın dərgahına iman gətirənlərin güvənc, ümüd yeri və ziyarətgahı idi. İnsanlar dara duşəndə, xəstələnəndə, uşaqları əsgərliyə, oxumağa gedəndə və i.a. köməklik üçün həmişə Günbəzə gedər, ağanın cəddini cağırıb, dualar edər, nəzirlər verərdilər ki, işləri yolunda getsin. Gümbəz insanların and yeri idi. Heç kimsə yalandan Gümbəzə, yaxud onun cəddinə and içməzdilər. Birisi bir iş tutub, sonradan ona Ağanın cəddinə and içdirəndə hər şey aydın olurdu. Nə olubsa düzünü deyərdilər. Ağanın Gümbəzini-qəbrini ziyarət etmək, qurbanlar kəsmək, şəfa tapmaq, niyyətlər etmək, köməklik və s. üçün Qarakilsənin (Sisianın) kəndlərindən başqa Naxçıvan, Culfa, Şahbuz, İmişli, Cəbrayıl, Ağdam, Orta Asiyada yaşayan Azərbaycanlılar da həmişə gələrdilər. Gələnlərin çoxu qəbrin torpağından müqəddəs torpaq kimi götürüb özləri ilə aparardılar.
Hətda nankor ermənilər də bu ocağa ziyarətə çox gələrdilər. Dinlərindən dönmürdülər, amma sidq ürəklə etiqad edirdilər. Qurban kəsərdilər, baş əyərdilər.
Oçağa gələnlər orada piltələr (şamlar) yandırardılar. Piltələri özləri əlləri ilə hazırlayardılar. Pambığı əlləri ilə eşər nehrə yağına salıb gətirərdilər.
Mir İsmayıl ağa rəhmətə gedəndən sonra qardaşı Mirhəbib ağa və oğlu Miqafar ağa (seyid Miriş) seyid ocağının müqəddəs ənənələrinin ləyaqətli davamçıları kimi el-obanın xeyir-şərini yola verər, ocağa pənah gətirən hər kəsin ümud yeri olardılar.

1988-ci ilədək Mir İsmayıl ağanın Gümbəzi sağ salamat idi. Mənfur ermənilər Azərbaycanlıları Urud kəndindən didərgin salandan sonra, bütün maddi mədəni irsimizi məhv etdikləri kimi Ağanın Oçağını da darmadağın etdilər…
(ardı var)

Rəhilə Abdullayeva
Texnika elmləri doktoru, dosent,


Daha çox xəbər