BİR ELİN ŞƏHİDİ...

( Hekayə )
Qızılı payızın son ayı idi. Hava yaǧışlı, çənli, dumanlı keçirdi. Payız günəşi gah pənbə buludlar arxasında yox olur, gah da hərdənbir buludlu səmadan yerə səxavətlə baxıb gülümsəyirdi...
Həştərxan xala həyətdə ocaǧı alışdıra-alışdıra özünü məzəmmtləyirdi:
- Axı necə olub ki, mən bu qədər yatıb qalmışam? Görünür, havanın tutqun, buludlu olması məni aldadıb. Sonra da gəlib əl-üzünü yuya-yuya ətrafı, tutqun səmanı, kənd-kəsəyi nəzərdən keçirdi. Evlərindən sobanın tüstüsü rəqs edə-edə tənbəl- tənbəl səmaya qalxırdı.
Həştərxan xala tələm-tələsik evə girib uşaqları səslədi:
- A bala, durun, yatıb qalmışıq, gün günortadır.
Pünhan anasının səsindən yuxudan hövlnək oyandı, gözlərini ovuşdura-ovuşdura yataqdan qalxıb soruşdu:
- Nə olub, ana, niyə narahatsan?
- Qadan alım, heç bir şey olmayıb. Dedim erkən durub, səhərin bu təmiz payız havasından udasan. Sonra da ana dodaqaltı nə isə deyə-deyə səhər süfrəsini hazırlamaǧa başladı. Həyətin şanı balı, qaymaǧı, pendiri və öz əlləri ilə bişirdiyi isti-isti sac yuxasını dəyirmi masanın üstüna düzdü. Özü də keçib süfrənin bir kənarında oturub birinci yeməyə başladı. Balla qaymaǧı isə Pünhanın qabaǧına çəkdi.
- Ye, qadan alım, uzun müddətdir bizimlə bir yerda oturub çörək yemirsən.
- Ana, heç narahat olma, süfrəyə düzdüklərinin hamısını yeyəcəm.
Ana üzünü oǧluna tutub dedi:
- A bala, gəlsənə axşama toǧlunun birini kəsəsən, əmilərin, dayı- ların da gələcəklər.
- Necə deyirsən, elə də edək, ana, sənin hər sözün mənim üçün qanundur. Pünhan bunu deyib bıçaǧı itiləyərək həyətə düşdü. Toǧlunun birini tutub, ayaqlarını baǧladı, üzü qibləyə dayandı, "Bismillahir-Allahu-Əkbar" - deyib kəsdi, sonra da soymaǧa başladı. Həştərxan xala oǧluna yaxınlaşdı:
- A bala, əmilərin, dayıların gələnə kimi əti doǧra, qoy hazır qalsın, özü də ham kabablıq, ham də buǧlamalıq doǧra.
- Anacan, dediyim kimi, sənin hər istəyini yerinə yetirməyə hazıram. Bunu deyan Pünhan galib anasını qucaqladı, onun nurani üzündən öpdü va anasının dediyi kimi elədi: əti həm kabablıq, ham də buǧlamalıq kimi hazırladı.
Yaxın-uzaq qohumlar, qonum-qonşular, dost-tanışlar gəlib yetişdilər. Axı Pünhan sabah yenidan döyüş bölgəsinə yollanacaq, kaşfiyyatçı kimi, ən mühüm tapşırıǧı yerinə yetirməyə səfərbər olunacaqdı.
Pünhanın şərəfinə təşkil edilmiş qonaqlıq xoş əhval-ruhiyyə ilə sonuqlandı, qonaqlar bir-bir Vətən əsgəri ila görüşüb-qucaqlaşdılar va ona uǧurlar arzuladılar.
Sonra Həştərxan xala gəlini Nəsibə ilə süfrəni yıǧıb-yıǧışdırdı. Yatmaq məqamı gəldi. Hərə öz yataq otaǧına keçdi. Həştərxan xala son dərəcə bərk narahat idi, gözünə yuxu getmirdi, o tərəf-bu tərəfə çevrilirdi, elə bil yuxu ondan üz döndərmişdi, sanki yataǧına qor tökmüşdülər. Beləcə, səhərə kimi yata bilmədi. Ana qəlbi həssas olur, sanki Pünhanın son döyüşdən saǧ çıxmayacaǧı ürəyinə dammışdı. Elə Pünhan da səhəri diri- gözlü açdı. Görəsən sabahkı əməliyyatdan salamat çıxacaqmı? Əgər əksinə olsa, bas vafalı cavan ömür-gün yoldaşı və ciyərparası körpa Naznurənin taleyi? Bütün bunları ürəyinda götür - qoy edən sevimli ər, cavan atanın gözünə neca yuxu gedardi?
…Həştərxan xala süfrə hazırlamışdı. Dostları, qohumları Pünhanla görüşməyə, ona uǧurlar arzulamaǧa gəlmişdilər. Sanki hamı bunu Pünhanla son vida görüşü kimi hiss edirdi. Bu zaman tanış səslər Pünhanın diqqətini çakdi. Bu, ona ədəbiyyat fannini tadris etmiş orta maktab müallimi Şahniyar müəllimlə Seyfaddin müallim idi.
- Xoş gördük, müəllim, - deya Pünhan müəllimlərə əl uzatdı, görüşüb öpüşdülər.
- Xoş günün olsun, Pünhan! Sənin haqqında məlumatımız var. Döyüş bölgəsində göstərdiyin şücaətdən, kəşfiyyatçı kimi həyata keçirdiyin uǧurlu əməliyyatlardan xəbərdarıq. Beləcə, davam etdir. Biz səni məktəb illərindən yaxşı tanıyırıq. Səni cəsur, qorxmaz, vətənpərvər bir gənc kimi xatırlayırıq. Bir şeyi unutma - hər şeydən öncə Vətəndir. Bu Vətəni, bu torpaǧı, bu eli-obanı göz bəbəyimiz kimi qorumaq hər birimizin borcudur. Biz bu torpaqda doǧulub, iməkləyib, ilk addımlarımızı atmışıq. Bu dünyanı tark edəndə də, bu torpaq bizi ana kimi öz qoynuna alıb bizə yer verir…
Həştərxan xala:
- Saǧ ol, Seyfəddin müəllim! Elə mən də Pünhana bütün bunlar barədə danışıram.
- Düz deyirsən, Həştərxan xanım. Pünhan sənin kimi anadan halal süd əmib. Bundan sonra da Vətənin layiqli əsgəri kimi döyüş bölgələrində şücaət göstərəcək. Sən oǧlundan narahat olma!
- Nə bilim, ay Seyfəddin müəllim, ana ürəyidir də… Şahniyar müəllim keçmiş şagirdinin boynunu qucaqlayıb,
üzündən öpdü.
- Saǧ-salamat, Vətən əsgəri, uǧur olsun!
Pünhan çiçək parçası olan balaca Naznurəni qucaǧına alıb, bərk-bərk sinəsinə sıxdı, üz-gözündən öpdü.
Sonra da atası Məhəmmədəli kişi ilə bayıra çıxdı, ətrafı nəzərdən keçirdi.
…Pünhan qonşu kəndlərindəki döyüşçü yoldaşları ilə birlikdə mühüm bir hərbi əməliyyatın hazırlıǧına başladı.
Böyük risk tələb edən bu əməliyyat çox uǧurla naticələndi. Düşmənin 30-dan çox canlı qüvvəsi və xeyli hərbi texnikası məhv edildi. Pünhanın bundan öncəki əməliyyatları da çox dəqiq və sərrast yerinə yetirilmiş və bu əmaliyyatda Pünhanın böyük cəsarəti, qorxmazlıǧı, təşkilatçılıq qabiliyyəti, kəşfiyyatçı səriştəsi xüsusi qeyd edilmişdi. Ancaq növbəti əməliyyt uǧursuzluqla nəticələnmişdi. Belə ki, əməliyyat zamanı döyüşçü yoldaşlarından biri düşmən minasına düşür. Bunu göran Pünhan döyüşçü yoldaşının harayına çatmaq va ona kömak etmək istərkən, özü də minaya düşür va torpaǧa sarilir. Bir an dünya başına fırlanır. Ən əziz adamları - həyatı qədər sevdiyi zəhmətkeş anası Həştərxan xala, atası Məhəmmədəli kişi, həyat yoldaşı Nəsibə, fidan balası Naznurə, onu övladı qədər sevən Seyfəddin müəllim kino lenti kimi gözləri önündə canlandı. Komandiri də Pünhana heç bir köməklik göstərə bilmir və beləliklə, igid Vətən əsgərinin gözləri əbədi yumulur və şəhidlik zirvasinə yüksalir. Pünhan son nəfəsində bu sözləri deya bilir: "Yaǧı düşməndən son qisasımı ala bilmədim. Başın saǧ olsun, Vətən!"
Həmin gün bu xəbər ildırım sürətilə bütün Şınıx bölgəsinə yayıldı. Hamı şəhidini qarşılamaq üçün Göyəlli kandina yıǧışmışdı. Hamı gözü yaşlı, sonsuz kədər hissi ila Pünhanı qarşıladı. Allah qani-qani rəhmət eləsin, qəbri nurla dolsun! Nidaları ilə onu müqəddəs torpaǧa tapşırdılar.
Şahniyar müəllimlə Seyfəddin müəllim şagirdi haqqında ürək yanǧısı ilə geniş vida nitqi söylədilər. Şahniyar müəllim nitqini aşaǧıdakı sözlərlə bitirdi: "Vətən uǧrunda canından keçən şəhidlər heç vaxt ölmür və unudulmurlar".
Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB - nin və AJB - nin üzvü.