Rusiya Ukraynada elektrik yarımstansiyasını tamamilə məhv edib
[center]
[/center]
Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə dağıdılıb.
Bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib.
Onun sözlərinə görə, yarımstansiya bir neçə dəfə hücuma məruz qalıb. Elektrik təchizatının bərpası uzun müddət çəkə bilər.
Şəhər rəhbərliyi sakinləri uzunmüddətli elektrik kəsintilərinə hazır olmağa və axşam saatlarında işıq maskalanması qaydalarına əməl etməyə çağırıb.
Sakinlərdən binaların, həyətlərin, reklam lövhələrinin, mağaza vitrinlərinin və fasadların xarici işıqlandırmasını söndürmək tələb olunub.
Mer bildirib ki, elektrik təchizatı bərpa edilsə belə, yeni hücum təhlükəsi qalacaq.